Türkiyəli futbolçulardan dünyaya örnək davranış: "Evdə qalın, ehtiyaclarınızı biz ödəyərik"
Tarix: 28-03-2020, 20:10
Baxılıb: 714
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyəli futbolçulardan dünyaya örnək davranış: "Evdə qalın, ehtiyaclarınızı biz ödəyərik"

28-03-2020, 20:10

Türk futbolçular koronavirus epidemiyası ucbatından çıxılmaz vəziyyətə düşmüş ailələrə öz imkanları daxilində xeyriyyəçi addımlar atmaq qərarı veriblər.

Musavat.com sporx.com saytına istinadən xəbər verir ki, Arda Turan, Burak Yılmaz və Emrə Çolak koronavirus epidemiyası ilə bağlı aciz duruma düşmüş ailələrin ev kirayələrini ödəyəcəklər.
İngiltərədə legioner həyatı yaşayan Cenk Tosun 250 ailənin 2 aylıq ərzaq ehtiyaclarını ödəyəcək.
Cenk Tosun, transferi sonrası açıklamalarda bulundu - Sporx Galeri
İrfancan Kahfeçi ehtiyacı olan 1000 ailənin ərzaq təminatını öz üzərinə götürüb.

Ümid Meraş 200 ailənin, rizəsporlu futbolçu Orxan Ovacıqlı 40 ailənin qida paketini təmin edəcəklər.
Bursaspor'da Umut Meraş fırtınası! - Futbol - Spor Haberleri
Fənərbaxçanın 19 yaşlı qapıçısı Altay Bayındır 1000 ailənin ərzaq ehtiyaclarını ödəyəcək.
Altay'dan Fenerbahçe'ye kötü haber
Yuventusda çıxış edən Merih Demiral 2000 ailəyə ərzaq yardımı edəcək.
Merih Demiral ve Cenk Tosun'dan alkışlanacak hareket - HABERLER ...
Beşiktaşın gənc hücumçusu Ümit Nair fənərbaxçalı Altay Bayındırı örnək alaraq, 1000 ailənin ərzaq ehtiyaclarını qarşılamaq qərarı verdiyini açıqlayıb.
Qaziantepsporun futbolçusu Furkan Soyalp da 1000 ailəyə ərzaq yardımı edəcək.

Qalatasaray klubunun ikinci qapıçısı Okan Kocuk 1000 ailəyə ərzaqla dəstək olacaq.

Qalatasarayın gənc yarımmüdafiəçisi Taylan Antalyalı da komanda yoldaşına qoşulub: "Mən də bu kampaniyada sonuna varam, qardaşım. 1000 ailənin ərzaq ehtiyacının qarşılanması da mənim boynumun borcudur.
Huzurlarınızda Taylan Antalyalı! - Galatasaray Haberleri - GS
Maliyyə problemləri ilə boğuşan, aylarla maaş ödəyə bilməyən Ankaragücü klubunun təcrübəli futbolçusu İlhan Parlaq da 1000 ailənin ərzaq təminatını öz üzərinə götürüb.
İlhan Parlak'tan 7 puanlık dev katkı - Son Dakika Spor
Maraqlıdır ki, türk futbolçuların bu xeyriyyə kampaniya intensiv şəkildə genişlənməkdə davam edir.
Futbolçuların bu xeyriyyə aksiyası qarşılığında yeganə xahişi ərzaq dəstəyi alan ailələrin hər bir üzvünün evdə qalmasıdır: "Lütfən, evinizdə qalın... Ərzaq ehtiyaclarınızı isə biz ödəyərik".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ