Qurban Qurbanov daha bir klubun maraq dairəsində
Tarix: 26-03-2024, 09:36
Baxılıb: 31
Google+ Paylaş
Tumblr Paylaş

Qurban Qurbanov daha bir klubun maraq dairəsində

26-03-2024, 09:36

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubun maraq dairəsinə düşüb.

Bunu futbol agenti Ramil Adıgözəlov açıqlayıb.

O, Rusiya mətbuatına açıqlamasında “Spartak”ın 52 yaşlı azərbaycanlı mütəxəssislə maraqlandığını deyib.

Onun iddiasına görə, Gilyermo Abaskalı məhz Qurbanov əvəzləyə bilər.

Qeyd edək ki, “Qarabağ” cari mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ