Superklassikoda nələr yaşanıb? - Messi komandanı meydandan çıxardı - VİDEO
Tarix: 22-11-2023, 09:33
Baxılıb: 63
Google+ Paylaş
Tumblr Paylaş

Superklassikoda nələr yaşanıb? - Messi komandanı meydandan çıxardı - VİDEO

22-11-2023, 09:33

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisi Argentinanı qəbul edib.
Publika.az xəbər verir ki, "Marakana" stadionunda keçirilən Superklassiko qonaqların 1:0 hesablı qələbəsiylə ilə başa çatıb. Oyunda yeganə qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub. Həmçinin 82-ci dəqiqədə braziliyalı hücumçu Joelinton birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Stadionda azarkeşlərlə polis arasında baş verən dava səbəbindən milli komandalar arasında matçın startı gecikib. Hətta argentinalı futbolçular da münaqişəyə müdaxilə edib və bundan sonra Messi komandanı meydandan çıxararaq tribunaların altındakı otağa aparıb.
Altı oyundan sonra Argentina 15 xalla turnir cədvəlinin lideridir. Braziliya 7 xalla 6-cı sırada qərarlaşıb.
Heybət



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ