“Bayer”dən “Qarabağ” paylaşımı - FOTO
Tarix: 24-10-2023, 23:07
Baxılıb: 121
Google+ Paylaş
Tumblr Paylaş

“Bayer”dən “Qarabağ” paylaşımı - FOTO

24-10-2023, 23:07

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək Almaniyanın “Bayer” klubu komandamızın qapıçısı ilə bağlı paylaşım edib.
Reportyor.tv xəbər verir ki, Leverkuzen təmsilçisi “Instagram” səhifəsində komandanın sabiq qolkiperi, hazırda isə Ağdam klubunda çıxış edən Andrey Lunyovun fotosunu paylaşıb.
Foto “Tezliklə görüşərik” başlığı ilə təqdim olunub.
Qeyd edək ki, 2021-2023-cü illərdə rusiyalı qolkiper məhz “Bayer”də forma geyinib.
Xatırladaq ki, “Bayer” - “Qarabağ” matçı oktyabrın 26-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ