Xəzərdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
Tarix: 23-08-2023, 21:48
Baxılıb: 54
Google+ Paylaş
Tumblr Paylaş

Xəzərdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

23-08-2023, 21:48

Avqustun 23-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 16 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Reportyor.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 16 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Reportyor.tv xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ