Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı: Xəsarət alanlar var
Tarix: 8-08-2023, 13:46
Baxılıb: 173
Google+ Paylaş
Tumblr Paylaş

Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı: Xəsarət alanlar var

8-08-2023, 13:46

Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Reportyor.tv unikal-a istinadən xəbər verir ki, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.Faktla bağlı araşdırma aparılır.
 

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ