Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib
Tarix: 18-07-2023, 11:11
Baxılıb: 127
Google+ Paylaş
Tumblr Paylaş

Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib

18-07-2023, 11:11

Güclü külək və dolu Balakəndə bir sıra fəsadlar törədib.
Reportyor.tv şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saat 21:00 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürüb. Rayonlarda güclü küləklə müşahidə olunan leysan yağışı və dolu olub. Güclü külək, leysan və dolu daha çox Balakən rayonunun Kortala və Meşəşanbul kəndlərində özünü göstərib. Qasırğa və güclü külək nəticəsində rayonun Kortala kəndində fərdi yaşayış evlərinin, yardımçı tikililərinin dam örtüyünü külək aparıb. Kənd əhalisinin şəxsi təsərrüfatlarına, bostan və əkin sahələrinə ciddi ziyan dəyib. Güclü külək nəticəsində Kortala və Meşəşanbul kəndlərinin elektrik və rabitə sisteminə ciddi ziyan dəyib. Hazırda sözügedən kəndlərdə elektrik enerjisinin verilməsində ötən gün axşam saatlarından fasilə yaranıb. Hazirda Balakən rayon Fövqaladə Hallar Komisiyasının üzvləri və müvafiq qurum nümayəndələri əraziyə ezam olunub, ziyanın aradan qaldırılması sahəsində işlər aparilar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ