Həyətində çətənə kolu yetişdirən saxlanıldı - FOTO
Tarix: 16-08-2022, 14:25
Baxılıb: 318
Google+ Paylaş
Tumblr Paylaş

Həyətində çətənə kolu yetişdirən saxlanıldı - FOTO

16-08-2022, 14:25

DİN-dən reportyor.org-a verilən məlumata görə Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.Mehdiyev saxlanılıb.
Ondan 1 kiloqramdan artıq heroin, 28 qrama yaxın metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
DİN-in daha bir məlumatında isə Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Arif Həsənov saxlanıldığı bildirilir
Məlumatda deyilir ki, onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada yetişdirilmiş, uzunluğu 3 metrədək olan 25 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı rayon polis idarələrində cinayət işi açılıb, araşdırmalar davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ