Moskvada 5 yaşlı uşaq 18-ci mərtəbədən yıxılıb.
APA-nın Rusiya Fövqəladə Hallar Xidmətinə istinadən məlumatına görə, hadisə paytaxtın şərq hissəsində - Luxmanovskaya küçəsində baş verib. Bildirilib ki, azyaşlı aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə səbəblərini araşdırır.