Çin təkzib edir: "Rusiyanın müdafiə sənayesini təchiz etmirik"
Tarix: 21-08-2023, 14:12
Baxılıb: 92
Google+ Paylaş
Tumblr Paylaş

Çin təkzib edir: "Rusiyanın müdafiə sənayesini təchiz etmirik"

21-08-2023, 14:12

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Rusiya müdafiə sənayesinə təchizatla bağlı iddiaları təkzib edib.
reportyor.org TASS-a istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Çinin silah ixracı ilə bağlı məsələlərdə ehtiyatlı və məsuliyyətli mövqe tutduğunu qeyd edərək, ölkənin Ukraynada “eskalasiyanı azaltmaq üçün konstruktiv rol” oynadığını xatırladıb.
Bəyanat ukraynalı jurnalistin bir sıra Qərb nəşrlərində Rusiyanın helikopter və pilotsuz təyyarələrin istehsalı üçün komponentlərin tədarükü barədə məlumatların görünməsi ilə bağlı sualına cavab olub. Çin diplomatı Rusiya ilə ticarət əlaqələrinin mahiyyəti ilə bağlı “müəyyən media orqanlarının saxtalaşdırma və şər-böhtanla məşğul olmasını” tənqid edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ