TƏBİB sədri Vüqar Qurbanov prezidenti belə aldadıb... - Hadrut ASM üzərində aparılan "vəzifə alveri sövdələşməsi"
Tarix: 21-07-2023, 11:36
Baxılıb: 534
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB sədri Vüqar Qurbanov prezidenti belə aldadıb... - Hadrut ASM üzərində aparılan "vəzifə alveri sövdələşməsi"

21-07-2023, 11:36

Sən demə, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB ) icraçı direktoru Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikintisi ilə bağlı bütün xərcləri bölgədə fəaliyyət göstərən mərkəzi rayon xəstəxanası "Publik Hüquqi Şəxs"in direktoruna ödətdirib. Yəni... yənisi o ki, Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzini həmin o direktora tikdirib. TƏBİB sədri isə bu barədə prezidentə düzgün məlumat verməyib, həqiqəti ondan gizlədib.
Reportyor.tv-nin xəbərinə görə, bildirilir ki, TƏBİB sədri Vüqar Qurbanov həmin rayon xəstəxanasının direktoru ilə əvvəlcədən sövdələşib razılaşıblar ki, o, Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikdirib təhvil versə, onu daha yaxşı yerə (vəzifəyə) təyin edəcək. Bu arada: Artıq biz görürük ki, Hadrut Ailə Sağlamlıq Mərkəzinin üzərində həm də bir vəzifə alveri - "vəzifə alveri sövdələşməsi" aparılıb.
Vəzifə hərisi və həvəskarı olan direktor da sədrlə apardığı sövdələşmə əsasında Ailə Sağlamlıq Mərkəzinin tikintisini öz öhdəsinə götürüb. Və borc, xərc edərək üzərinə götürdüyü ağır məsuliyyəti başa çatdırıb, ASM tikib Vüqar Qurbanova təhvil verib. İş orasındadır ki, məsələ bununlada yekunlaşmayıb. Məlumata görə,  TƏBİB sədrinin bu yaxınlarda qızına etdiyi möhtəşəm və bahalı toy mərasiminin bütün xərclərinidə həmin direktor çəkib. Bundan sonra Vüqar Qurbanov həmin direktora "yaşıl işıq" yandırıb. Və onu daha gəlirli yerə direktor təyin edib.
Hələ ki, bu qədər. Ən yaxın günlərdə həmin direktorun kimliyi barədə ətraflı yazacam.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ