Məhərrəm ayı başladı
Tarix: 19-07-2023, 00:15
Baxılıb: 151
Google+ Paylaş
Tumblr Paylaş

Məhərrəm ayı başladı

19-07-2023, 00:15

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
reportyor.org xəbər verir ki, Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-də isə Aşura günüdür.
Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.
Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları keçiriləcək. Qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar belədir:
Bakı şəhəri üzrə:
Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu, Sahibəzzaman məscidi
Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu, Qaraçuxur məscidi
Yasamal rayonu, Təzə Pir məscidi
Yasamal rayonu, Hacı Soltanəli məscidi
Binəqədi rayonu, İmam Əli məscidi.
Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçiriləcək.
Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ