“Venlo”nun sabiq futbolçusu Azərbaycana gəlib
Tarix: 17-07-2023, 13:33
Baxılıb: 102
Google+ Paylaş
Tumblr Paylaş

“Venlo”nun sabiq futbolçusu Azərbaycana gəlib

17-07-2023, 13:33

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini rəsmiləşdirib.
Klubdan apasport.az saytına verilən məlumata görə, komanda son mövsüm Bolqarıstan “Lokomotiv”ində (Plovdiv) çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə danışıqları müsbət yekunlaşdırıb.
Onunla 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sorqa Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo” və İsveçin “Höteborq” klublarının da şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığmalarına da cəlb olunub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ