Albaniya Prezidenti Azərbaycana gəldi
Tarix: 6-07-2023, 16:57
Baxılıb: 103
Google+ Paylaş
Tumblr Paylaş

Albaniya Prezidenti Azərbaycana gəldi

6-07-2023, 16:57

Albaniya Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
reportyor.org xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
xxx
Albaniya Prezidenti Bayram Beqay Azərbaycana dövlət səfərinə gəlir.
reportyor.org xəbər verir ki, Albaniya mətbuatına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə təşkil olunub.
Bakıda ikitərəfli əməkdaşlıq, Albaniyadan qazın regionun digər ölkələrinə paylanması layihələrinin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ