Ruslar Donetskdə daha bir bəndi PARTLATDILAR - FOTO
Tarix: 12-06-2023, 02:55
Baxılıb: 168
Google+ Paylaş
Tumblr Paylaş

Ruslar Donetskdə daha bir bəndi PARTLATDILAR - FOTO

12-06-2023, 02:55

Rusiya qüvvələri Donetsk vilayətində Yaş Yalı çayında bəndi partladıblar.
reportyor.org xəbər verir ki, bu barədə "Украинская правда" Taurida istiqamətinin müdafiə qüvvələrinin nümayəndəsi Valeri Şerşenə istinadla məlumat yayıb.
Bildirilib ki, bu, hər iki sahilin su altında qalmasına səbəb olub.
Şerşenin sözlərinə görə, ruslar bununla da Ukrayna qüvvələrinin hücumunu ləngitməyə çalışırlar.
“İşğalçılar əvvəlcə Karlovskoe su anbarını, sonra Kaxovka SES-i, daha sonra Zaporojye vilayətinin işğal altında olan hissəsində digər hidrotexniki qurğuları partladıblar. Zaporojye bölgəsində onlar Müdafiə Qüvvələri tərəfindən irəliləyiş gözləyirlər, buna görə də bizim irəliləyişimizi ləngitmək üçün Yaş Yalı çayında hidrotexniki qurğunu yenidən partladarq bu taktikaya əl atdılar. Lakin bu, Müdafiə Qüvvələrinin irəliləməsinə təsir etmir", - Şerşen qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ