Fazil Mustafa: "Əminəm ki, qatil rejimin terrorçuları öz layiqli cəzalarını alacaqlar"
Tarix: 21-05-2023, 21:26
Baxılıb: 195
Google+ Paylaş
Tumblr Paylaş

Fazil Mustafa: "Əminəm ki, qatil rejimin terrorçuları öz layiqli cəzalarını alacaqlar"

21-05-2023, 21:26

"Əhməd Obalı mənfur İran rejiminə qarşı mübarizə aparan ən dəyərli şəxsiyyətlərimizdən biridir. Oğlu Dənizlə birgə ABŞ-da uğradığı xain saldırını şiddətlə qınayıram".
reportyor.org xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, GünAz TV-nin rəhbəri Əhməd Obalı və oğlu Dənizin ABŞ-da vəhşicəsinə döyülməsinə münasibət bildirərkən deyib.
Fazil Mustafa Əhməd Obalıya və oğluna Allahdan şəfa diləyib.
"Əminəm ki, qatil rejimin terrorçuları öz layiqli cəzalarını alacaqlar", - deyə millət vəkili qeyd edib.
Xatırladaq ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb. Obalılara sui-qəsd edən 6 nəfər ABŞ polisi tərəfindən saxlanılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ