Macarıstan Ukraynaya hərbi yardımı blokladı
Tarix: 16-05-2023, 01:03
Baxılıb: 255
Google+ Paylaş
Tumblr Paylaş

Macarıstan Ukraynaya hərbi yardımı blokladı

16-05-2023, 01:03

Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 500 milyon avro məbləğində hərbi yardım ayrılmasına mane olub.
reportyor.org xəbər verir ki, bu barədə ANSA agentliyi Brüsseldəki mənbəyə istinadən məlumat yayıb.
Vəsait mayın 22-də Kiyevə verilməli idi. Məlumata görə, Macarıstan Avropa Sülh Fondunun gələcəkdə daha çox “qlobal rol” oynamasını və təkcə Ukraynanı silahlandırmaq üçün istifadə edilməməsini tələb edib.
Qeyd edək ki, ilkin olaraq fondun büdcəsi 5,7 milyard avro təşkil edirdi. Maliyyə 2022-ci il fevralın 24-dən sonra Kiyevə silah tədarükünün ödənilməsinə yönəldiləcək. Mart ayında Avropa Birliyi Avropa Sülh Fondunu 2,2 milyard avro artıraraq 7,9 milyard avroya çatdırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ