Paşinyanla Qarabağ ermənisi arasında ÇAXNAŞMA: "Sənin dediyin ağıllılar..." - VİDEO
Tarix: 6-05-2023, 23:46
Baxılıb: 319
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanla Qarabağ ermənisi arasında ÇAXNAŞMA: "Sənin dediyin ağıllılar..." - VİDEO

6-05-2023, 23:46

Bu günlərdə yolunu Çexiyadan salan Ermənistanın Baş naziri Nikol Paşinyan burada erməni icmasının bir qrup nümayəndələri ilə görüşüb.
reportyor.org xəbər verir ki, görüş zamanı Paşinyanla Qarabağ ermənisi arasında gərginlik yaşanıb.
Belə ki, əslən Azərbaycanın Qarabağ bölgəsindən olan, 90-cı illərdə ailəsi ilə birlikdə Praqaya köçərək jurnalist kimi fəaliyyət göstərən erməni, baş naziri səriştəsiz rəhbərlikdə günahlandırıb. Ondan hakimiyyəti nə zaman təhvil verəcəyini soruşub.
Sualdan hiddətlənən baş nazirin cavabı isə belə olub:
"Sənin dediyin ağıllılar yəqin Köçəryan və Sarkisyandır. Müharibədə məğlub olmağımızın birinci günahkarları son 20 ildə Ermənistana rəhbərlik etmiş Köçəryan və Sarkisyan, həmçinin onların əlaltıları olublar. Onlar ölkənin iqtisadiyyatını və ordusunu məhv ediblər. Mən 44 günlük müharibədə bunun şahidi oldum. Yaxşı, sənin dediyin ağıllılar Ermənistana yaxşı rəhbərlik edirdilərsə, onda sən və sənin kimilər nə üçün Qarabağı tərk edib Çexiyaya gəlmisiniz. Sənin xəbərin var, həmin illərdə sənin kimi nə qədər əhali Qarabağı tərk edərək xaricə üz tutub. Ancaq Qarabağ bölgəsini tərk edən ermənilərdən fərqli olaraq, həmin ərazilərdən çıxarılan azərbaycanlıların sayı iki dəfə artıb. Yenə deyirəm, Qarabağ heç vaxt müstəqil olmayıb. İndiyə qədər də heç bir xarici ölkə bölgəni müstəqil kimi rəsmən tanımayıb".
Həmin anın videogörüntülərini təqdim edirik:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ