“O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim işdən çıxarıldı - FOTO
Tarix: 5-04-2023, 10:45
Baxılıb: 694
Google+ Paylaş
Tumblr Paylaş

“O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim işdən çıxarıldı - FOTO

5-04-2023, 10:45

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov işdən çıxarılıb.
reportyor.org xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, A.Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.
Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.
Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat.info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:
"O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox".



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ