Fazil Mustafanın güllələnməsi ilə bağlı 4 nəfər SAXLANILDI - YENİLƏNDİ
Tarix: 3-04-2023, 00:58
Baxılıb: 603
Google+ Paylaş
Tumblr Paylaş

Fazil Mustafanın güllələnməsi ilə bağlı 4 nəfər SAXLANILDI - YENİLƏNDİ

3-04-2023, 00:58

Bakının bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir. Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə Reportyor.tv  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Əlavə məlumat veriləcəkdir.
xxx
00:30
Millət vəkilinə sui-qəsdi həyata keçirən şəxs iki gün öncə saxlanılıb. Bunun ictimailəşməməsinin səbəbi sırf əməliyyat hərəkəti ilə bağlı olub.
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az özəl mənbələrə istinadla məlumat yayıb.
Deyilənə görə, saxlanılan bir neçə nəfərdir.
Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu deyilir.
Xəbər yenilənəcək…
xxx
23:57
Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.
Publika.az "Operativ Media"ya istinadla xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Globalinfo.az"a açıqlamasında məsələ ilə bağlı rəsmi məlumatın olmadığını bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ