Portuqaliyanın paytaxtında bıçaqlı şəxs müsəlmanların dini mərkəzinə hücum edib.
reportyor.org xəbər verir ki, bu barədə " CNN Portuqaliya" məlumat yayıb.
"Lissabondakı İsmaililər Mərkəzində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində iki nəfər ölüb", - deyə telekanal xəbər verir.
Məlumata görə, hücum edən şəxs Əfqanıstan vətəndaşıdır.Hadisə yerinə gələn polis hücumçunu ayağından vuraraq zərərsizləşdirib. O, saxlanılaraq xəstəxanaya aparılıb.
Hücumun motivləri barədə məlumat verilmir.