SENSASİYA! Yeni doğulmuş körpənin bədəni estetik məqsədlər üçün istifadə olunur
Tarix: 26-07-2022, 14:50
Baxılıb: 467
Google+ Paylaş
Tumblr Paylaş

SENSASİYA! Yeni doğulmuş körpənin bədəni estetik məqsədlər üçün istifadə olunur

26-07-2022, 14:50

Tarix boyu cavan qalmaq arzusu və ya qocalma qorxusu kimi amillər insanları fərqli prosedurları sınaqdan keçirməyə sövq edib. Bugünkü texnoloji və tibbi nailiyyətlər bu istəyi qismən həyata keçirməyə imkan verir.
reportyor.org xəbər verir ki, dərinin yaşlanma prosesini yavaşladan prosedurlara hər gün yenisi əlavə olunur. Onlardan biri də yeni doğulmuş körpələrin sünnət dərisindən əldə edilən kök hüceyrələrin dəriyə ineksiyasıdır. Alloblast adlanan bu texnika son zamanlarda olduqca gündəmdədir. Plastik-Rekonstruktiv və Estetik Cərrah Prof. Dr. Erdem Tezel texnika haqqında ətraflı danışıb. Həkim hesab edir ki, körpələrin bədənlərini bu proseslər üçün alətə çevirmək etik deyil və insan hüquqlarını pozulmasına yol aça bilər.
Möcüzəvi təsiri yoxdur!
Həkim bildirib ki, sünnət dərisindən əldə edilən kök hüceyrələrin müsbət effekti olsa da, möcüzəvi dəyişiklik gözləməyə dəyməz. O əlavə edib ki, bu kök hüceyrələrin tətbiqinin reallıqda gəncləşdirici bir təsir yoxdur.
“Başqasından alınan hüceyrələri alloblast texnikası ilə kök hüceyrə mənbəyi kimi tətbiq etmək əvəzinə, otoloji transplantasiya proseduru etik baxımdan problemsiz və daha dəqiq bir prosesdir. Otoloji transplantasiya isə öz kök hüceyrələrinin istifadəsi deməkdir”, - həkim qeyd edib.
İstifadə miqdarında da mühüm problem olduğunu dilə gətirən Tezel vurğulayıb ki, effektli nəticə əldə etmək və bədənin digər hissələrində istifadə üçün çoxsayda sünnət dərisi lazımdır ki, ondan yetəri qədər kökhüceyrə əldə etmək mümkün olsun.

“Bu vəziyyət özü ilə bəzi problemlər yaradır. İnsanların cavan qalmaq üçün başqa bədənlərdən istifadə etməyə meyli daha böyük problemlərə səbəb olacaq. Başqasının dərisindən kök hüceyrə əldə etmək üçün icazə almaq vacibdir. Kiçik bir körpənin icazə verəcək vəziyyətdə olmadığını da nəzərə almaq lazımdır. Hətta bəzi ailələr atılmalı olan sünnət dərisini pul müqabilində satmaq istəyə bilərlər. Bu vəziyyət körpələri ticarət materialına çevriləcək. Yeni doğulmuş körpələri risk altında qoymaq qeyri-etik bir tətbiqə çevrilə bilər.
Kök hüceyrələrin insanın öz piy toxumasından əldə edilməsi kimi asan bir yolu var. Odur ki, alloblast gündəmdədir deyə onu etmək doğru deyil. Ümumiyyətlə texnoloji, tibbi və elmi yenilikləri izləyərkən bəzi etik dəyərləri də nəzərdən qaçırmamaq lazımdır” , - mütəxəssis əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ