Conni Depp keçmiş həyat yoldaşını məhkəmədə uddu
Tarix: 2-06-2022, 15:57
Baxılıb: 320
Google+ Paylaş
Tumblr Paylaş

Conni Depp keçmiş həyat yoldaşını məhkəmədə uddu

2-06-2022, 15:57

Məşhur aktyor Conni Depp və keçmiş həyat yoldaşı model Ember Herdin işi üzrə məhkəmə prosesi başa çatıb. 
Publika.az xəbər verir ki, Virciniya ştat məhkəməsində 13 saatlıq müzakirə və 42 maddə üzrə mülahizədən sonra münsiflər heyəti öz qərarını verib.
Hollivud aktyorunun özü hökmün elanında iştirak etməyib, o, Keyt Mossla birgə konsert üçün Londona uçub. Ancaq Ember yekun nəticəni məhkəmə zalından canlı dinləyib. 
6 həftəlik məhkəmə prosesinin sonunda 7 nəfərlik münsiflər heyəti Herdin Depp haqqında verdiyi ifadələrin doğru olmadığına qərar verib. Ember aktyora böhtan atmaqda təqsirli bilinib. İndi o, böhtan və məhkəmə xərclərinə görə Conniyə 15 milyon dollar ödəməli olacaq. Bununla belə, Depp məhkəmədə bir diqqətsiz sözə görə Herdə iki milyon dollar ödəməli olacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ