Rusiyanın xüsusi nümayəndə təyin etməsi nə deməkdir?
Tarix: 15-04-2022, 01:41
Baxılıb: 417
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın xüsusi nümayəndə təyin etməsi nə deməkdir?

15-04-2022, 01:41

Rusiya Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edib: Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayev bundan sonra xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcək;
Moskvanın bu addımından iki nəticə çıxır:
- Minsk qrupu de-fakto mövcud deyil: Rusiya digər həmsədr ölkələrin – ABŞ və Fransanın əməkdaşlığı dayandırdığını bildirsə də, xüsusi nümayəndə təyin etməklə qrupdan ilk özü çıxdı;
- Rusiya Bakı və İrəvan arasında yaradılan “ikitərəfli format”ı da qəbul edir, xüsusi nümayəndə ilə Əliyevin dediyi kimi “prosesə köməklik göstərəcəklər”;
Bakı addım-addım hədəflərinə nail olur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ