Türkiyə koronavirusun dərmanını tapdı - satılmadığı üçün istehsalı dayandırılmışdı
Tarix: 6-04-2020, 15:32
Baxılıb: 1 348
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə koronavirusun dərmanını tapdı - satılmadığı üçün istehsalı dayandırılmışdı

6-04-2020, 15:32

Bütün dünyada yeni tip koronovirusa (Kovid-19) qarşı dərman və vaksin tapma fəaliyyətləri davam edərkən, bir addımı da Türkiyə dərman şirkəti atıb.
Avropa.info xəbər verir ki, Kovid-19 infeksiyasının müalicəsində müsbət nəticə verən Türkiyə dərman fabriki Abdi İbrahimə məxsus dərmanın daha öncəki illərdə gəlir gətirmədiyi üçün istehsalını dayandırdığı məlum olub.
Şirkət istehsal etdiyi ilk partiyanı Türkiyə Səhiyyə Nazirliyinə bağışlayacağını açıqlamışdı. Abdi İbrahim il sonunadək istehsal etdiyi bütün dərmanları da bağışlayacağını bəyan etmişdi.
Hazırda apteklərdə satılmayan, ancaq Səhiyyə Nazirliyinə verilən dərmanı istehsal edən ilk firmanın "Keymen Dərman" olduğu, 3 il əvvəl "Abdi İbrahim Dərman" tərəfindən satın alındığı məlum olub.
Əvvəlki illərdə istehsalı dayandırılsa da, lisenziyasının itirilməməsi üçün qiyməti Səhiyyə Nazirliyi tərəfindən 7 lirə 3 quruş dəyərində müəyyən edilib. Klorokin tərkibli dərman hazırda apteklərdə satılmır.
Əczaçılıq şirkətinın rəhbəri Abdi İbrahim, məhsulları arasında olan bir dərmanın koronavirusun müalicəsində müsbət nəticələr verdiyini və yenidən istehsalına başlanan dərmanın Səhiyyə Nazirliyinə təhvil verildiyini və ilin sonuna qədər istehsal ediləcək bütün dərmanların nazirliyə bağışlanacağını açıqlayıb.
"Dünyanın epidemiyalarla savaşdığı zamanda, biz də var gücümüzlə savaşdıq. Dünyanı və insanları sağaltmaq üçün 108 ildir hər zaman buradayıq. Bu gün də bütün dünyanı təsiri altına alan koronovirusa qalib gəlmək üçün işləməyə davam edirik. Araşdırma nəticələrinə görə, müalicə zamanı müsbət nəticə verən məhsulumuzun ilk partiyasını həyata keçirdik və Səhiyyə Nazirliyinə təhvil verdik. İl boyu istehsal edəcəyimiz bu məhsulun hamısını bağışlayaraq Türkiyə tibbinə xidmət göstərəcəyik" - Abdi İbrahimin açıqlamasında deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ