Paşinyan Putindən xahiş edib: Rusiya qoşunları Azərbaycanla sərhəddə...
Tarix: 30-03-2024, 11:08
Baxılıb: 67
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan Putindən xahiş edib: Rusiya qoşunları Azərbaycanla sərhəddə...

30-03-2024, 11:08


Ermənistan və Azərbaycan sərhədində Rusiya sərhədçilərinin müşahidə məntəqələri baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.

Reportyor.tv xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

O vurğulayıb ki, bu müşahidə məntəqələri 2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək etmək üçün Ermənistan-Azərbaycan sərhədində Rusiyanın vəsaiti hesabına yerləşdirilib.

“Sərhədçilər baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib. Ermənistan tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirmək qərarına gəlməyib”, - səfir bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ