Quraqlıq süfrə adətlərimizi dəyişəcək: Böyük fəlakətlər dövrü başlayır
Tarix: 30-03-2024, 10:57
Baxılıb: 53
Google+ Paylaş
Tumblr Paylaş

Quraqlıq süfrə adətlərimizi dəyişəcək: Böyük fəlakətlər dövrü başlayır

30-03-2024, 10:57


Yay yaxınlaşdıqca Avropa Ətraf Mühit Agentliyi quraqlığa qarşı hərtərəfli transformasiya proqramı hazırlayıb. Proqramın ən əhəmiyyətli hissəsi su qıtlığında yetişdiriləcək bitkilərdir. Quraqlıq süfrə adətlərimizi tamamilə dəyişdirə bilər.

Publika.az xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyinin dərc etdiyi Avropa İqlim Riskinin Qiymətləndirilməsi Hesabatında havanın temperaturunun yüksəlməsi, yağışın az olması, sahil eroziyası və daşqınlar səbəbindən Avropanın cənub bölgələrini çətin günlər gözlədiyi bildirilib.

Belə ki, hesabatda bütün Avropada təcili tədbirlər görməyə çağırılıb və kənd təsərrüfatında sudan istifadə və qida müxtəlifliyi ilə bağlı xəbərdarlıq edilib.

Cənubi Avropa, alçaq sahilyanı bölgələr və Aİ-nin ən kənar bölgələri iqlim riskləri baxımından qaynar nöqtədədir. Cənubi Avropa xüsusilə istilik və uzunmüddətli quraqlıqdan təsirlənir. Səkkiz riskdən üçü Cənubi Avropa regionlarındadır. Hesabatda iqlim dəyişikliyinin ən çox təsir edəcəyi beş sahə sadalanır və xəbərdarlıqlar edilir:

“Sahil ekosistemlərinə xüsusi diqqət yetirmək lazımdır. Ona görə ki, dəniz səviyyəsinin qalxması, həddindən artıq balıq ovu və çirklənmə dəniz həyatına olduqca təsiri edir. Dəniz planlaşdırması gücləndirilməli və iqlim dəyişikliyi altında əsas sahil ekosistemlərinin qorunmasına diqqət yetirəcək sahil idarəetmə planları həyata keçirilməlidir. Bu hissədə Türkiyə sahilləri də daxil olmaqla Egey və Aralıq dənizi vurğulanaraq ekosistemin qorunmasına çağırış edilib.Uzun müddət davam edən quraqlıq və həddindən artıq istilər səbəbindən məhsulların məhv edilməsi artıq Avropa üçün problemdir. Ötən il ərzaq təminatında yaşanan problemlər artmaqda davam edəcək”.

Hesabatda “meqa quraqlıq” xəbərdarlığı edilir və qida istehsalının dəyişməli olduğu vurğulanır. Avropa daxilində quraqlığa davamlı bitki və ya quraqlığın daha da şiddətlənməsi riskinə qarşı daha az su tələb edən bitkilərin seçilməsi tövsiyə edilir. Heyvan qidalarından kənd təsərrüfatı qidalarına keçməklə şirin su istehlakı azaldıla bilər.

Araşdırmada iqlim modeli proqnozlarının tarixi iqlim məlumatlarına əsaslandığı vurğulanır:

“İqlim dəyişikliyinin əhalinin sağlamlığına birbaşa və dolayı təsiri olur. Avropada qlobal istiləşməyə yönəlmiş bir sağlamlıq təşkilatına ehtiyac var. İstiliklə bağlı sağlamlıq risklərini azaltmaq üçün əsas siyasətlər qurulmalıdır. Bu siyasətlər gələcək iqlim dəyişikliyi nəzərə alınmaqla yaradılmalıdır. İqlim dəyişikliyi iqtisadiyyata və maliyyə sisteminə təsir edə bilər. Bu risk barədə məlumatlılıq və təbiətə əsaslanan həll yollarına görə sərmayə də daxil olmaqla müəssisələrə və bazarlara təşviqlər verilməlidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ