Hulusi Kılıç o sirri açdı: İlham Əliyev BU PLANI 2008-ci ildən qurubmuş ...
Tarix: 22-12-2023, 09:59
Baxılıb: 139
Google+ Paylaş
Tumblr Paylaş

Hulusi Kılıç o sirri açdı: İlham Əliyev BU PLANI 2008-ci ildən qurubmuş ...

22-12-2023, 09:59

Türkiyənin Azərbaycandakı keçmiş səfəri, Azərbaycan sevdalısı Hulusi Kılıç yeni məqalə ilə çıxış edib. 
Musavat.com xəbər verir ki, o, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevi xarakterizə edərək bu gün həyata keçirilən işlərin, əslində, illər öncə planlandığını ortaya çıxarıb.
Məqaləni olduğu kimi təqdim edirik:
Dünya tarixi indiyə qədər çox padşahlar, sultanlar, hökmdarlar, imperatorlar, prezidentlər görmüş, onlar haqqında ta keçmişlərdən böyük dastanlar, hekayələr, əsərlər, romanlar, əfsanələr, əsatirlər belə yazılmış, deyilmiş günümüz insanlar üçün onların yaşantıları, etdikləri mübarizə, qazandıqları zəfərlər, fəthləri hər zaman böyük maraqla, heyranlıqla qarşılanmışdır. Bizim türk aləminin tarixi və yetişdirdiyi elə tarixi şəxsiyyətlər hər zaman qədim dövlətçilik keçmişimizdə öz damğasını vurmuşdur.
Hər kəsə məlumdur ki, türklər sadə, adi və necə deyərlər sıradan bir qövm deyil, hətta peyğəmbər əfəndimizin övgüsünə belə layiq görülmək şərəfinə nail olmuş bir millətdir. Allahın elçisi türklərin haqq dinimizin bayraqdarı olacağına dair çoxlu sözlər söyləmiş və bu fikirlər sabit və səhih dini mənbələrdə öz ifadəsini tapmışdır. Necə ki, Məhəmməd peyğəmbərin haqqmızda dedikləri əsrlər sonra həyatda təsdiqini tapdı.
 640x360.jpg (24 KB)
Bizim Anadoluya girşimizin, oranı vətən etməyimizin səbəbkarı, Malazgirt cahangiri Sultan Alp Arslan, İstanbulu fəth edən Sultan Mehmet Fateh, yaxud şair qəlbli, Qafqazlardan Kəngər körfəzinə qədər türklüyün şanını yayan Şah İsmayıl Xətai millətimizin tarixində hansı şərəfli yerə malikdirlərsə və ya türklüyün XX əsrdə ölüm-dirim savaşnın baş qəhrəmanı böyük Mustafa Kamal Atatürk necə tarixi zəfər qazanaraq yenidən küllərimizdən yüksəlməyimizi təmin etmişdisə, dahi Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanımızın dövlətinin var olmasının banisidirsə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də türk millətinin qarşısında misilsiz xidmətləri olan sözün əsl mənasında Cahangir, Fateh və Milli Qəhrəmanımızdır. Biz Türkiyədən onun fəaliyyətini çox yaxından izləyirik və türk millətinin, Azərbaycanımızın zəfərdən zəfərə qoşması üçün bütün gücü ilə necə mücadilə etdiyini, savaşdığını təqdirlə qarşılayırıq.

O, hələ 2008-ci ildə şəxsən mənə demişdi ki, “Ən böyük arzularımdan biri Türk birliyini qurmağımızdır. Türk dövlətləri çox zəngin və güclü potensialı olan ölkələrdir. Biz türklərin buna gücü də, imkanı da çatar. Görəcəksiniz, bu müqəddəs yolda istəyimiz, cəsarətimiz və güc birliyimizin olması həlledici rol oynayacaq. Parlaq günlər bizi gözləyir, Hulusi bəy. Bu çağırışlara indidən hazır olmalıyıq!”

6233388cc46f95ce6c284b62a34460db.jpg (60 KB)
Baxın, bu gün inanılmaz tarix yazılır, mən deyərdim ki, əsl qəhrəmanlıq dastanı indi sanki obrazlı desək ilmə-ilmə toxunur və onun hər bir səhifəsi müqəddəs bir gün kim yaşanır. Daha doğrusu biz bunu özümüz də hiss etmədən yaşamaqdayıq. Qarabağı azad etmişik, əcdadımızın bəlkə də min ildir ki, mübarizə apardığı Turan quruculuğu yolunda sürətlə irəliləyirik, hətta bu müqəddəs amalın artıq reallığa çevrildiyini ən qatı düşmənlərimiz belə etiraf etmək məcburiyyətindədirlər. Bilirisiniz, mən Türkiyənin Bakıdakı səfiri vəzifəsində işləmişəm. Böyük diplomatik təcrübəm var. Dünyanın müxtəlif ölkələrində Türkiyəni təmsil etmişəm, hətta ölkəmdə Prezidentimizin protokol müdürü də olmuşam. Ona görə də mən çox yaxşı bilirəm və dərk edirəm ki, Türk Birliyi və Qarabağın azad olunması məsələsində Prezident İlham Əliyevin hansı xidmətləri var və artıq yazılmış tarix gələcəkdə bu bənzərsiz, qeyri-adi uğurumuza necə qiymət verəcək! Bu sadəcə bir bəlağətli söz və ya əsla mübaliğə də deyil. Həqiqətdir.
Sayın Cumhurbaşkanımız İlham Əliyev ən son çıxışlarından birində dedi: “Mənim Prezident kimi ən böyük missiyam və vəzifəm Qarabağı azad etmək idi. Şuşa alınmamışdan öncə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq olar. Əlbəttə, Xankəndi geri qaytımamışdan da daxilən düşünürdüm ki, Xankəndisiz bu iş yarımçıq qalar. Şükürlər olsun ki, bu gün Xankəndi daxil, bütün ərazimizdə suverenliyimiz tam bərpa olub”.
e716c32c3fd443f1bcc2320ebd86f507.jpg (423 KB)
Bəli, çox şükürlər olsun ki, biz buna nail olduq. Onun Liderliyi altında bu tarixi zəfəri yaşadıq. Cənab Prezidentin xarici siyasətindəki ən böyük nailiyyətlərindən biri Türk Birliyinin qurulmasına verdiyi dəstəkdir. Gerçəkdən o, böyük Heydər Əliyevin vəsiyyətlərini bir-bir yerinə yetirir. Qarabağ bizimdir. Türk birlyinin gələcəyi isə indidən məlumdur. İlham Əliyev qardaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Türk Dövlətləri Təşkilatının əslində qurucu Liderləri sırasında ən ümdə vəzifələri yerinə yetirən bir türk Dövlət Başqanıdır. İndi reallıqlar tamamilə fərqlidir. Onun türklük üçün fövqəladə böyük istəklərinin, arzularının artıq sirr olmadığı da məlumdur. Çünki o, böyük cəsarətlə və qətiyyətlə bu məsələdə öz fikirlərini açıq bəyan edir. Həm də bütün risklərə, təzyiqlərə, qısqanclıqlara rəğmən bunu söyləyir. Fikrimcə, mən də bir məqamı və onunla mən Bakıda səfir olarkən aramızda keçən söhbətin kiçik detalını söyləsəm, Prezidentimizin nə qədər uzaqgörən və türk millətinin qüruru oldğunu izah etmiş olaram. O, hələ 2008-ci ildə şəxsən mənə demişdi ki, “Ən böyük arzularımdan biri Türk birliyini qurmağımızdır. Türk dövlətləri çox zəngin və güclü potensialı olan ölkələrdir. Ona görə də qədim tarixə malik biz türklərin buna gücü də, imkanı da çatar. Görəcəksiniz, bu müqəddəs yolda istəyimiz, cəsarətimiz və güc birliyimizin olması həlledici rol oynayacaq. Parlaq günlər bizi gözləyir, Hulusi bəy. Bu çağırışlara indidən hazır olmalıyıq!” Mən bunu ilk dəfədir ki, mətbuatda açıq ifadə edirəm. Yəqin ki, cənab Prezident aramızda olmuş bu söhbəti indi açdığım üçün məni bağışlayar. Ancaq səmimiyyətimlə istədim ki, bu tarixi sözlərinizi məhz indi deyim ki, mətbuatda olsun və gələcək nəsillərimiz Sizin bütün Türk dünyası üçün dahi. uzaqgörən bir Lider olduğunuzu, tıpkı Atatürk kimi millətimizin bekasında necə bir xidmətə sahib olduğunuzu bu sözləri oxuyaraq da öyrənsinlər. Bəli, cənab Prezident Siz bacardınız. Türk Birliyi artıq qaçılmaz və qarşısıalınmaz bir gerçəklikdir. Necə ki, Qarabağın bizim olması əbədiyyətə qədər dəyişməyəcək həqiqətdir!
W1siZiIsIjIwMjEvMDEvMTUvMTQvMTcv.jpg (44 KB)
Mən Prezident İlham Əliyev haqqında çox danışa bilərəm. Əslində, nə qədər xatirə bölüşsəm də, yenə də az olacaq. Hansı sahədə gördüyü işlərə toxunsam, yenə də kifayət etməyəcək. Çünki gerçəkdən də böyük işlər görülüb və onun bu işlərin uğurla reallaşdırılmasında misilsiz xidmətləri var. Mən və bütün Türkiyə onun məmləkitimizi necə sevdyini, Cumhurbaşkanımız Rəcəb Tayyib Ərdoğana xüsusi rəğbətlə, bir qardaş sevgisiylə yanaşdığını, ona hörmət etdiyini görür və yüksək qiymətləndiririk. İlham Əliyev həm də ağır, çətin günün dostudur. Türkiyənin ən zor durumlarında daim bizim yanımızda olub. Mən çox yaxşı bilirəm ki, onun üçün Türkiyə sıradan bir ölkə deyil, öz vətənidir. Məhz bu səbəbdən onun bu mövqeyini millətimiz böyük sayqı və sevgiylə dəyərləndirir. Ona Türkiyədə böyük sevgi var. Xalqımız Prezident İlham Əliyevə “Qarabağ Fatehi” deyir. Onu türkün müasir dünyadakı qəhrəmanı adlandıraraq onunla qürur duyur. Nə xoşbəxtik ki, Azərbaycan son ikiyüz ildə itirdiklərini məhz onun sayəsində geri almağa başlayıb. Bu böyük prosesdir və biz hələ onun başlanğıcındayıq. Əmin olun, Cənab Prezident Türkiyə və türk milləti bu kutlu davanızda dünən olduğu kimi bu gün də yanınızdadır və hər zaman da yanınızda olacaqdır. Çünki Sizin bu müqəddəs mübarizəniz əslində bütün Türk aləminin əsrlərlə mücadilə etdiyi haqqın və ədalətin uğrunda olan mücadilədir.
Bir neçə gün sonra doğum gününüzü kutlayacağıq. Bütün Millətimiz kimi bizlər də Sizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızı sərf etdiyiniz müqəddəs mübarizəmizdə ancaq və ancaq başarılar diləyirik!
-dc513ea416922771114124905221095.jpg (65 KB)
Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq səfiri,
“İMZA” İctimai Birliynin Türkiyə təmsilçisi


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ