TƏBİB-in gözlərini oymaq gərək! Sabunçu xəstəxanasında Prezident önündə diz çöküb, öpüb göylərə ucaltdığı Bayrağımıza hörmətsizlik – FOTOLAR
Tarix: 12-10-2023, 13:10
Baxılıb: 595
Google+ Paylaş
Tumblr Paylaş

TƏBİB-in gözlərini oymaq gərək! Sabunçu xəstəxanasında Prezident önündə diz çöküb, öpüb göylərə ucaltdığı Bayrağımıza hörmətsizlik – FOTOLAR

12-10-2023, 13:10

Bayraq azərbaycanlılar üçün müqəddəsdir. Buna görə hər kəs bayrağı sevir, hörmət edir. Müdrik atalarımız bayraq haqqında dəyərli fikirlər söyləyiblər. Məsələn, millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir; Bir kərə qalxan bayraq bir daha enməz; bayraq bir millətin şərəfidir, nə olursa olsun, yerlərə sərilməz!; Başlar enməmiş bayraq yerə enməz, ölkə bölünməz; Bayrağını sevməyənlər və hörmət etməyənlər yolunu itirən bir gəmi kapitanı kimidir; Bayraqları bayraq edən üstündəki qandır. Torpaq, uğrunda ölən varsa, vətəndir!
Ümummilli liderimiz Heydər Əliyev də, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev də üçrəngli bayrağımızın qarşısında diz çökərək, müstəqilliyimizin əbədiliyi, Vətənin bölünməzliyi və xalqın firavanlığı naminə çalışacaqlarına and içmiş və əməlləriylə anda sadiqlik nümunəsi göstərmişlər. Ən nəhayət, bayraq şəhidlərimizin cənazəsinin son mənzilə yola salınarkən büküldüyü müqəddəs parçadır.
Lakin çox təəssüf doğuran haldır ki, bəzən ayrı-ayrı şəxslər bayrağımıza qarşı ya bilərəkdən, ya da səhlənkarlıqdan hörmətsizlik edir, bayrağın özünə, asıldığı məkana həssas yanaşmırlar. Daha acınacaqlı hal budur ki, sadə vətəndaşlar bir yana, hərdən vəzifəli şəxslər belə bayrağa münasibətlərində hörməti unudurlar.
Təqdim etdiyimiz kadrlar paytaxtın Sabunçu rayonundakı 3 saylı şəhər kliniki xəstəxanasının təcili yardım şöbəsinin giriş hissəsində foto-qeydə alınmışdır. Görüntüdən bəlli olur ki, zalın küncünə qoyulmuş bayrağın ətəyinin xeyli hissəsi yerdədir. Stendin Ulu Öndər Heydər Əliyevin şəkli vurulmuş guşəsində isə şəklin önünə yığılmış sintetik güllərin arasında pişik yatıb. Görünür, xəstəxananın təcili yardım şöbəsinin müdiri Namik həkimin başı yalnız pul qazanmağa möhkəm qarışıb ki, dövlətçiliyimizin atributlarına hörmət kimi vacib məsələləri unudub.
Xatırladaq ki, sözügedən xəstəxanaya bu ilin iyul ayından Nurəngiz Bəşirova baş direktor təyin edilib. Görünür, N.Bəşirova rəhbərlik etdiyi tibb mərkəzinin kollektivi ilə ideoloji iş aparmaqda maraqlı deyil.
Qarşı tərəfin münasibəıt bildirəcəyinə ümid edirik.(qanunvehedef)
Mehman Ziyadov


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ