Şimali Koreya liderinin bacısından Ukraynaya SƏRT SÖZLƏR: "Qumar oyanyırlar ..."
Tarix: 2-04-2023, 02:37
Baxılıb: 360
Google+ Paylaş
Tumblr Paylaş

Şimali Koreya liderinin bacısından Ukraynaya SƏRT SÖZLƏR: "Qumar oyanyırlar ..."

2-04-2023, 02:37

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin taleyi ilə qumar oynadığını deyib.

Reportyor.tv xəbər verir ki, Kim Yo Çenq həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti Rusiyanı məğlub edə biləcək düşüncəyə və sağalmaz “böyüklük xəstəliyi”nə tutulub.

Kim Yo Conq daha sonra bildirib ki, Vladimir Zelenski nüvə silahı hazırlamaq və ya ABŞ-ın nüvə silahını yerləşdirməkdən danışmaqla, ölkəsinin və xalqının taleyi ilə qumar oynayır. 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik”,-deyə bildirmişdi.

NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər.
Onu da bildirək ki, ABŞ-ın Ukraynada nüvə silahı yerləşdirməsi və ya ölkənin özünün nüvə silahını hazırlaması ilə bağlı petisiya martın 30-da Ukrayna Prezident Aparatının saytında vətəndaşların imzası üçün təqdim edilib.

Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ