Danimarka Quranın yandırılmasını qadağan edəcək
Tarix: 25-08-2023, 15:37
Baxılıb: 65
Google+ Paylaş
Tumblr Paylaş

Danimarka Quranın yandırılmasını qadağan edəcək

25-08-2023, 15:37

Danimarkada Quranın yandırılmasına rəsmi qadağa qoyulacaq.
Bu barədə "Frans Press" agentliyi Fransa Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Xatırladaq ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq, İslam dinini təhqir edib.
Bu hadisədən bir müddət sonra Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.
Bu hadisələr bir çox müsəlman dövlətlər, o cümlədən, Birləşmiş MillətlərTəşkilatının (BMT) İnsan Hüquqları Şurası, Avropa İttifaqı (Aİ) tərəfindən qınanılıb. İslam Əməkdaşlıq Təşkilatı Quranın təhqir olunması ilə əlaqədar olaraq fövqəladə iclas keçirib.
İƏT iclasından sonra verilən açıqlamada İsveç və Danimarkada Qurani-Kərimi təhqir edən hərəkətlər şiddətlə qınanıb.
İƏT-in ifadə azadlığı adı altında həyata keçirilən bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyasına nümayəndə heyəti göndərmək qərarı açıqlanıb. Bundan başqa, İƏT-ə üzv ölkələrə Quranın yandırıldığı ölkələrlə münasibətlərini yenidən gözdən keçirərək, lazımi mövqeni tutmaları ilə bağlı çağırış edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ