Qərbi Azərbaycan İcması Kanada xarici işlər nazirinin anti-Azərbaycan açıqlamasını pisləyib
Tarix: 23-08-2023, 22:35
Baxılıb: 55
Google+ Paylaş
Tumblr Paylaş

Qərbi Azərbaycan İcması Kanada xarici işlər nazirinin anti-Azərbaycan açıqlamasını pisləyib

23-08-2023, 22:35

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan acıqlamasını, Azərbaycanın suveren ərazilərinə münasibətdə qondarma, əcaib addan istifadə etməsini kəskin şəkildə pisləyir.
Reportyor.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının son bəyanatında bildirilib.
“Davamlı olaraq Azərbaycan əleyhinə mövqe sərgiləyən, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləməsinə və onların öz evlərinə qayıtmasına imkan verməməsinə göz yumankanadalı nazir nədənsə Azərbaycanın beynəlxalq hüquqa uyğun şəkildə atdığı legitim addımlardan xoflanır və ölkələrin suverenliyi və ərazi bütövlüyünə münasibətdə ikili standartlar yanaşmasından çıxış edir.Xanım nazirə xatırladırıq ki, tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında bəyannaməsinə qarşı çıxmış çox az sayda ölkələrdən biri olan Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün mənəvi hüququnu çoxdan itirib.
Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik” – bəyanatda deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ