Puşkov onları tənqid etdi: Dünya xəritəsindən xəbəri olmayanlar...
Tarix: 16-01-2023, 10:17
Baxılıb: 262
Google+ Paylaş
Tumblr Paylaş

Puşkov onları tənqid etdi: Dünya xəritəsindən xəbəri olmayanlar...

16-01-2023, 10:17

"Dünya xəritəsinə heç vaxt baxmayanlar Rusiyanın təcrid olunmasından danışırlar".
Reportyor.tv xəbər verir ki, bunu Teleqram kanalında Federasiya Şurasının informasiya siyasəti və media ilə qarşılıqlı əlaqə komissiyasının sədri Aleksey Puşkov yazıb.
Siyasətçi xatırladıb ki, 2022-ci ildə ruslar heç bir məhdudiyyət olmadan 100-dən çox ölkəyə səyahət ediblər. Bundan əlavə, onun sözlərinə görə, yaxın vaxtlarda daha bir neçə dövlətlə vizasız rejim haqqında saziş imzalanmalıdır.
Senator Rusiya Xarici İşlər Nazirliyinin dövlət katibi Yevgeni İvanovun dediklərini də xatırladıb. Onun sözlərinə görə, hazırda Rusiya və Meksika, eləcə də Karbin hövzəsinin bəzi dövlətləri ilə vizasız rejim üzrə layihələrin hazırlanması istiqamətində iş gedir. Bundan əlavə, Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı və Zambiya ilə də oxşar sazişlər hazırlanır.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ