Madurodan ŞOK ÇAĞIRIŞ: "Xüsusi vaxtı gəlir, iki böyük qardaşımın..."
Tarix: 14-01-2023, 03:53
Baxılıb: 233
Google+ Paylaş
Tumblr Paylaş

Madurodan ŞOK ÇAĞIRIŞ: "Xüsusi vaxtı gəlir, iki böyük qardaşımın..."

14-01-2023, 03:53

Venesuela Prezidenti Nikolas Maduro Milli Assambleyada (Parlament) Latın Amerikası regionunda Rusiya və Çinin müttəfiqlərinin siyasi blokunun yaradılması ideyası ilə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.
"Qüdrətli siyasi qüvvələr blokunun, dünyaya söz açacaq iqtisadi gücün yaradılmasına yaxınlaşmaq üçün Latın Amerikası və Karib hövzəsi ölkələrinin səylərini və yollarını birləşdirməyin xüsusi vaxtı gəlir", - o deyib.
Maduro həmçinin əlavə edib ki, belə bir siyasi blok Çin və Rusiya ilə birlikdə "yeni güc qütbü"nə çevrilə bilər:
"Bu icma böyük qardaşımız Çin Prezidenti Si Cinpin danışdığı ümumi məqsədləri bölüşəcək: ümumi taleyi birləşdirən bəşəriyyət. Yaxud bizim böyük qardaşımız prezident Vladimir Putinin danışdığı o çoxqütblü və çoxmərkəzli dünya".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ