REGİONZaxarovadan Paşinyana SƏRT REAKSİYA: Sxolastika ilə məşğul olmaqdansa...
Tarix: 12-01-2023, 11:32
Baxılıb: 338
Google+ Paylaş
Tumblr Paylaş

REGİONZaxarovadan Paşinyana SƏRT REAKSİYA: Sxolastika ilə məşğul olmaqdansa...

12-01-2023, 11:32

“Eyni məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə, Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir”.
Reportyor.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ermənistanın baş naziri yanvarın 10-da keçirdiyi mətbuat konfransında Rusiyanın təklifləri əsasında sənəd imzalamaq niyyətindən, eyni zamanda, münaqişənin Qərbin təşviq etdiyi hansısa “hərtərəfli həll”ə üstünlük verilməsindən danışıb. Bununla belə, Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqları üçün platforma təqdim etmək təklifi qüvvədə qalır”. - şərhdə vurğulanıb.
Zaxarova qeyd edib ki, “əgər erməni tərəfdaşlar həqiqətən də müəyyən edilmiş problemlərin üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə uyğun olaraq həllində maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır”.
“Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları qüvvədə qalır”, - Zaxarova əlavə edib.
publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ