Ukrayna ordusundan AĞIR ZƏRBƏ: "Ka-52" helikoperi MƏHV EDİLDİ
Tarix: 11-01-2023, 23:18
Baxılıb: 258
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna ordusundan AĞIR ZƏRBƏ: "Ka-52" helikoperi MƏHV EDİLDİ

11-01-2023, 23:18

Ukraynalı müdafiəçilər Rusiyanın "Ka-52" helikopterini, eləcə də növü dəqiqləşdirilən iki kəşfiyyat təyyarəsini vurub.
Reportyor.tv xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah məlumat yayıb.
Ümumilikdə, gün ərzində Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi ərazilərə 13, zenit-raket komplekslərinin mövqelərinə isə üç dəfə zərbə endirib.
"Ukrayna Müdafiə Qüvvələrinin raket qoşunları və artilleriya bölmələri düşmənin idarəetmə məntəqəsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 4 ərazini, həmçinin üç silah-sursat anbarını vurub", - deyə Baş Qərargah məlumat yayıb.
Agentliyin məlumatına görə, gün ərzində Rusiya hərbçiləri 2 raket zərbəsi və 22 hava zərbəsi endirib. Onlar, raket salvo sistemlərindən, xüsusən də mülki infrastruktura 18 hücum həyata keçirib .
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ