Rusiya Ukraynaya “İsgəndər” raketi atmasının videosunu nümayiş etdirib
Tarix: 10-01-2023, 12:56
Baxılıb: 214
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya Ukraynaya “İsgəndər” raketi atmasının videosunu nümayiş etdirib

10-01-2023, 12:56

Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketinin Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturuna buraxılışının videosunu paylaşıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, kadrlarda “İsgəndər”in meşəlik ərazilər və tarlalardan keçirilərək start mövqeyinə çıxarıldığı əks olunub. Videoda əməliyyat-taktiki kompleksin necə kamuflyaj edildiyi göstərilir.
Müdafiə Nazirliyində göstərildiyi kimi, hərbi infrastruktur obyekti dedikdə yeraltı bunker, komanda məntəqəsi, aerodrom və ya texnika və sursat anbarı başa düşülür. Hərbi idarə vurğulayıb ki, Ukrayna ordusunun hədəfləri "İsgəndər"lərin başlanğıc mövqelərindən yüzlərlə kilometr aralıda yerləşir.
Bundan əvvəl nazirlik Ukraynanın zirehli texnikası və istehkamlarının yeni nəsil dəqiqliklə idarə olunan təchizat tərəfindən məhv edilməsinin görüntülərini dərc edib. Eyni zamanda, nazirlik düşmən hədəflərini vurmaq üçün hansı mərmilərdən istifadə olunduğunu dəqiqləşdirməyib.


 
 
Reportyor.tv


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ