Rusiya XİN-dən Qazaxıstandakı ruslara ÇAĞIRIŞ
Tarix: 6-01-2022, 10:42
Baxılıb: 282
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya XİN-dən Qazaxıstandakı ruslara ÇAĞIRIŞ

6-01-2022, 10:42

Rusiya Xarici İşlər Nazirliyi Qazaxıstanda komendant saatının tətbiqi ilə əlaqədar bu ölkədəki rusiyalılara müraciət edib.
Publika.az xəbər verir ki, nazirlik onlara yemək ehtiyatını görməklə evlərə və otellərə sığınmağı tövsiyə edib.
"Qazaxıstanda fövqəladə vəziyyət və komendant saatı (23.00-07.00) mövcuddur. Biz Rusiya vətəndaşlarına bir daha diqqətli olmağı, insanların sıx olduğu yerlərdən uzaq durmağı, otellərə/evlərə sığınmağı, qida və su təchizatını təmin etməyi, hadisələri, xarici nümayəndəliklər və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyindən gələn mesajları izləməyi tövsiyə edirik”, - Rusiya XİN-in Böhran vəziyyəti Mərkəzinin Departamentinin şərhində deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ