Ermənistan ordusunda dəhşətli itkilər - ABŞ-ın hesabatı hər şeyi ifşa etdi
Tarix: 8-05-2024, 09:35
Baxılıb: 64
Google+ Paylaş
Tumblr Paylaş

Ermənistan ordusunda dəhşətli itkilər - ABŞ-ın hesabatı hər şeyi ifşa etdi

8-05-2024, 09:35


Son 6 ildə Ermənistan ordusunun 277 hərbçisi qeyri-döyüş şəraitində ölüb.

Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Qəzet ABŞ Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosunun hesabatında Ermənistanla bağlı ciddi problemlərin yer aldığını diqqətə çatdırıb.

“Hökumət və ya onun qurumları tərəfindən özbaşına və ya qeyri-qanuni, o cümlədən, məhkəmədənkənar qətllər barədə heç bir məlumat verilməyib. İnsan haqlarını müdafiə edən QHT-lər silahlı qüvvələrdə xidmətlə əlaqədar olmayan ölüm hallarından və hüquq-mühafizə orqanlarının bu hallarla bağlı ciddi araşdırma aparmamasından narahatlıqlarını dilə gətiriblər.

Ermənistan ordusunda qeyri-döyüş şəraitdə baş verən ölüm hallarının statistikası narahatedicidir. 2018-ci ildə 36, 2019-cu ildə 32, 2020-ci ildə 46, 2021-ci ildə 42, 2022-ci ildə 38, 2023-cü ildə 53 ölüm faktı qeydə alınıb. 2024-cü ilin ilk 5 ayında qurbanların sayı 30-u keçib. Müdafiə Nazirliyi bu rəqəmləri azaltmaq üçün heç bir addım atmır”, - hesabatda bildirilir.

Qəzet yazır ki, hökumət bu faktları gizlətməyə çalışsa da, Dövlət Departamentinin hesabatı dəhşətli statistikanı ifşa edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ