ABŞ-nin İsraildəki səfirliyindən XƏBƏRDARLIQ
Tarix: 19-04-2024, 10:01
Baxılıb: 60
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-nin İsraildəki səfirliyindən XƏBƏRDARLIQ

19-04-2024, 10:01

ABŞ İrandakı işçilərinə xəbərdarlıq edib.
 
ABŞ-ın İsraildəki səfirliyi İsrailin İrana qarşı qisas alması xəbərindən sonra işçilərinə və onların ailələrinə təhlükəsizlik xəbərdarlığı edib.
 
Təhlükəsizlik xəbərdarlığında səfirlik əməkdaşları və onların ailələri üçün Təl-Əviv, Qərbi Qüds və Beer-Şeba şəhərlərindən başqa ərazilərə şəxsi səfərlərinin məhdudlaşdırıldığı bildirilib.

Bəyanatda bu qərarın İsrailin İrana cavab hücumu həyata keçirməsi ilə bağlı yayılan xəbərlərdən sonra "son dərəcə ehtiyatlılıqdan" alındığı bildirilib.

Qeyd edək ki, İran mediası İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib. İsfahan vilayətində baş verən partlayış səslərinin ardınca Tehran, İsfahan və Şirazda və İranın bəzi bölgələrində uçuşların dayandırıldığı bildirilib.

Amerika mediası ABŞ rəsmilərinə əsaslanan xəbərlərində İsrailin İran ərazisinə hücum etdiyini yazıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ