İsrail İran səfirliyinin yaxınlığına raket atdı: 11 nəfər öldü
Tarix: 2-04-2024, 09:25
Baxılıb: 37
Google+ Paylaş
Tumblr Paylaş

İsrail İran səfirliyinin yaxınlığına raket atdı: 11 nəfər öldü

2-04-2024, 09:25

İsrailin Suriyayada İran konsulluğunu vurması nəticəsində ölənlərin sayı artıb.

Hadisə nəticəsində11 nəfərin həlak olduğu bildirilir.

Ölənlərdən yeddisi SEPAH-ın iranlı hərbi məsləhətçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır.

***

İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı və onun müavini də ölüb.

İran mediasının yazdığına görə, ölənlər general Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimidir.

Hücum nəticəsində həmçinin SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah İsrailin də öldüyü bildirilir.

Bu barədə məlumat yayan Suriya İnsan Haqları Müşahidə Qrupu SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bəyan edib.

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri isə hücumda bir neçə iranlı diplomat və hərbi müşavirin həlak olduğunu söyləyib. Lakin o, adları açıqlamaqdan imtina edib.

"İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək", - Hüseyn Əkbəri qeyd edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ