Erməni bu əməkdar artistin milyonlarını oğurladı - FOTO
Tarix: 1-04-2024, 10:24
Baxılıb: 43
Google+ Paylaş
Tumblr Paylaş

Erməni bu əməkdar artistin milyonlarını oğurladı - FOTO

1-04-2024, 10:24

Sankt-Peterburqda məhkəmə Tyarlevo kəndindəki evdən doqquz milyon rubl dəyərində qızıl-zinət əşyaları, habelə beş min ABŞ dollar oğurlayan Vartan Balayan və Denis Kovalyevi həbs edib. 
Publika.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxslər mayın 25-dək həbsdə olacaqlar. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci (“Oğurluq”) maddəsi ilə ittiham olunurlar. Balayan və Kovalev ifadə verməkdən imtina ediblər.
"Lenta.ru" saytının həmsöhbəti bildirib ki, oğrular əvvəllər məhkum olunublar. Zərərçəkən Rusiyanın Əməkdar artisti, Sankt-Peterburq teatrının aktrisası Yevgeniya İqumnovadır. O, “Ələddin” cizgi filmində Şahzadə Jasmin obrazını oynayıb.
İstintaqın məlumatına görə, quldurlar evə martın 25-də daxil olub və martın 26-na keçən gecəyə qədər evdə olublar. Daha sonra onlar qızıl-zinət əşyaları və pulları götürərək cinayət yerindən qaçıblar.
        Martın 26-da İqumnovanın evindən oğurluq edildiyi məlum olub. Sənətçi bildirib ki, hücum edənlər qapını sındıraraq içəri girərək iki bahalı saat, bir kulon, “Tiffany” sırğaları, 11 bahalı üzük və 5 min dollar oğurlayıblar. Zərərin ümumi məbləği 9 milyon rubl təşkil edib. Oğurluq edən şəxslər martın 28-də saxlanılıb.





                                                                                                        


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ