Ərdoğan buraxılan səhvləri düzəltməyə SÖZ VERDİ
Tarix: 1-04-2024, 09:12
Baxılıb: 58
Google+ Paylaş
Tumblr Paylaş

Ərdoğan buraxılan səhvləri düzəltməyə SÖZ VERDİ

1-04-2024, 09:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın 4-5 ildə partiyası və administrasiyasının buraxılan səhvləri düzəldəcəyini bildirib.
Bu barədə TASS yazır.

Dövlət başçısı deyib ki, bələdiyyə seçkilərinin nəticələri hakimiyyətin bir sıra səhvlərə yol verdiyini göstərir.

“Bu 4-5 il ərzində biz daha çox ölkəmizin aktual problemlərinə, xüsusən də zəlzələdən zərər çəkmiş rayonların bərpasına və iqtisadi problemlərimizin həllinə diqqət yetirəcəyik”, - deyə siyasətçi qeyd edib.

Ərdoğan "millətin seçkilərdə verdiyi mesajları" təhlil etmək üçün əlindən gələni edəcəyinə söz verib.

Türkiyə lideri əlavə edib ki, rifahı yaxşılaşdırmaq, sülh və təhlükəsizliyi möhkəmləndirmək niyyətindədir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ