Maduro Karakasda mitinqdə ona sui-qəsd təşkil olunduğunu bildirib
Tarix: 26-03-2024, 10:15
Baxılıb: 25
Google+ Paylaş
Tumblr Paylaş

Maduro Karakasda mitinqdə ona sui-qəsd təşkil olunduğunu bildirib

26-03-2024, 10:15

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Karakasda keçirilən mitinqdə ona qarşı sui-qəsd olduğunu bildirib.
Reportyor.tv xəbər verir ki, Nikolas Maduro bazar ertəsi Karakasın mərkəzindəki meydanda 2024-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı çıxışında onun həyatına sui-qəsd cəhdinin qarşısının alındığını deyib: "Bu gün burada iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı".
Onun sözlərinə görə, saxlanılanlar ifrat sağçı Vente Venesuela partiyasına mənsub olduqlarını etiraf ediblər.
O, sui-qəsdə cəhd edənlərin prezident tərəfdarlarının mitinqindən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.
Karakas hökumətinin başçısı Naum Fernandes daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ