Azərbaycanda istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ
Tarix: 14-08-2023, 09:36
Baxılıb: 162
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ

14-08-2023, 09:36

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

Reportyor.tv report-a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ