Karantin dövründə Azərbaycan polislərinin ibrətamiz hərəkətləri ölkə gündəmində ən çox müzakirə olunan mövzuya çevrilib.
Publika.az xəbər verir ki, bu dəfə post-patrul xidmətinin əməkdaşları ahıl qadına jest ediblər.
Belə ki, karantin qaydalarından xəbərsiz olan qoca qadın marketə gedib ərzaq almaq istəyib. Amma hazırda sərt karantin rejiminin qaydalarına uyğun olaraq marketlər fəaliyyət göstərmir.
Ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb, nə istədiyini soruşublar.
Vəziyyətdən xəbərdar olduqdan sonra xidməti avtomobildə olan yemək paylarını ona veriblər.
Sözügedən videonu təqdim edirik: