Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi
Tarix: 12-03-2020, 00:29
Baxılıb: 532
Google+ Paylaş
Tumblr Paylaş

Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

12-03-2020, 00:29

Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.

“Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdə yayımlanan çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”- deyə məlumatda vurğulanıb.

Bakı Aeroportunda eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ