Qaban sürüsü Marmaris küçələrinə çıxdı – Video, foto
Tarix: 25-04-2020, 11:21
Baxılıb: 857
Google+ Paylaş
Tumblr Paylaş

Qaban sürüsü Marmaris küçələrinə çıxdı – Video, foto

25-04-2020, 11:21

Ötən gün Türkiyənin Marmaris əyalətinin küçələrində qaban sürüsü görünüb. Türkiyə mətbuatının məlumatına görə, küçəyə çıxmaq qadağası tətbiq edildikdən sonra boş qalan küçələrdə iki böyük qaban və balalarından ibarət sürü əyalətin mərkəzinə qədər gəlib çıxıb. Marmarisin küçələrində gəzişən qaban sürüsü sakinlər tərəfindən videoya çəkilib.
Qeyd edək ki, dünyada yaşanan koronavirus pandemiyası ilə əlaqədar olaraq bir çox ölkələrdə karantin rejimi tətbiq olunub, insanlar evdən bayıra çıxmır, iri şəhərlərin küçələri insanlarsız, boş qalıb. Əvəzində isə bir çox böyük şəhərlərin küçələrində insanların yerinə vəhşi heyvanlar görünməyə başlayıb. Məsələn, bir müddət bundan əvvəl
İsrailin Tel-Əviv şəhərinin parklarında sürü ilə gəzən çaqqallar, Böyük Britaniyanın Llandidno qəsəbəsində sərbəst gəzən və sakitlikdən zövq alan dağ keçiləri, Çilidə isə puma görünmüşdü. Ehtimala görə, insanların azalmasından istifadə edən heyvanlar qida axtarışına görə şəhərin mərkəzinə yönəliblər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ