İngilis alimdən ŞOK: Dəhşətli Türkiyə ssenarisi - Bu ərazilərdə də...
Tarix: 7-02-2023, 09:39
Baxılıb: 499
Google+ Paylaş
Tumblr Paylaş

İngilis alimdən ŞOK: Dəhşətli Türkiyə ssenarisi - Bu ərazilərdə də...

7-02-2023, 09:39

"Türkiyə baş verən zəlzələ ən pis ssenaridir. Zəlzələ yer səthinə 10 kilometrdən daha yaxında baş verib və buna görə də çox güclü təkanlar olub".
Publika.az "Euronews"a istinadla xəbər verir ki, bu sözləri London Universitet Kollecinin Yer Elmləri Fakültəsində seysmoloji hesablamalar üzərində araşdırma aparan alim Stiven Hiks deyib.
Türkiyənin biri Şimali Anadolu və digəri Şərqi Anadolu adlanan iki böyük qırılma xəttində yerləşdiyini və İstanbulun şərqindəki Şimali Anadolu qırılma xəttində seysmik təhlükənin İstanbul üçün böyük narahatlıq yaratdığını xatırladan Hiks, Kahramanmaraşdakı zəlzələlərin Şərqi Anadolu fay xəttindəki hərəkətlilikdən qaynaqlandığını bildirib.

"Seysmometrlərlə müşahidə aparılmağa başladığı 1900-cü illərdən bu yana bu xəttdə bu böyüklükdə heç bir zəlzələ qeydə alınmayıb. Bu tarixdən əvvəl də bənzər zəlzələlərə dair tarixi sübutlar var. Ona görə də düşünürəm ki, Türkiyənin cənub-şərqində çox böyük zəlzələlər ola bilər, lakin onlar daha geniş zaman çərçivəsində baş verə bilər ", - Hiks qeyd edib.
Alim Kahramanmaraşda baş verən iki zəlzələni eyni vaxtda və təxminən eyni ölçüdə meydana gəlməsi səbəbilə "ikiqat zəlzələ" adlandırıb.
İkiqat zəlzələlərin qeyri-adi olduğunu, lakin okeanın altında baş verən və daha böyük sunamilərə səbəb olan bəzi nümunələrin olduğunu bildirən Hiks, bu zəlzələnin axtarış-xilasetmə işlərinə mənfi təsir göstərə biləcəyini vurğulayıb:
"Əminliklə deyə bilərik ki, yüz minlərlə olmasa da, on minlərlə afterşok olacaq. Ümid edirik ki, əksəriyyəti kiçik olacaq və heç bir zərər verməyəcək, amma təəssüf ki, hələ də güclü afterşokların olma ehtimalı var".
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ilk zəlzələnin episentri 7,7 bal gücündə Pazarcık, ikincisi isə 7,6 bal gücündə Elbistan rayonunda qeydə alınıb. İndiyədək 50-yə yaxın afterşok aşkar edilib ki, onlardan ən böyüyü 6,6 bal gücündədir.
Qeyd edək ki, bu saatlara olan məlumata görə, Türkiyədə son 100 ilin ən dağıdıcı zəlzələsi qurbanlarının sayı 2921 nəfərə çatıb. 15 834 nəfər xəsarət alıb, 8 minə yaxın bina dağılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ