Tahir İmanovdan ÖZƏL: “Onlar bizi qadağalar dövründə tək buraxmadı” - mayda...
Tarix: 2-02-2023, 17:51
Baxılıb: 351
Google+ Paylaş
Tumblr Paylaş

Tahir İmanovdan ÖZƏL: “Onlar bizi qadağalar dövründə tək buraxmadı” - mayda...

2-02-2023, 17:51

“Planet Parni iz Baku” KVN Teatrının konserti olacaq.
Bu barədə Musavat.com-a özəl açıqlamasında Teatrın bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bildirib.
O qeyd edib ki, 12, 13, 14 may tarixlərində tamaşaçılara “Bizim gülüş müəllim” adlı konsert proqramı təqdim ediləcək: 
“Heyət eyni, obrazlar isə tamamilə yenidir. Sonuncu konsertimizdə Çingiz Abdullayevi, Səməd Seyidovu, Rövnəq Abdullayevi parodiya etmişdik. Konsertdə əzizlərimizi, doğmalarımızı, bizi sevən tamaşaçıları görmək istərdik. Bizim tamaşaçılarımız sözün əsl mənasında sadiq tamaşaçılardır. Bizi qadağalar dövründə tək buraxmayan, konsertimizə gələn tamaşaçılarımıza bir daha təşəkkür edirəm”.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ